Bakıda York Universitetinin City College Avropa Kampusu tərəfindən növbəti açıq seminar keçiriləcək

6 may 2022-ci il tarixində York Universitetinin City College
Avropa Kampusu tərəfindən Bakı Hilton otelində “Yeni Biznes və
Sosial Problemlər Sənaye 4.0 dövründə” mövzusunda seminar
keçiriləcəkdir.

Seminarın spikeri Universitetin Bakida təşkil olunacaq İkili
dərəcəli Executive MBA Proqramının professorlarından biri olan
Doktor Zenon Mikaelidesdir. Dr. Mikaelides Birləşmiş Krallığın
Mançester Metropolitan Universitetinin Biznes məktəbinin biznes
analitikası üzrə qrup rəhbəridir. Seminarda iştirak etmək üçün
qeydiyyyat ödənişsizdir və keçirilmə dili ingilis dilidir. Həmçinin
tədbirin sonunda York Universitetinin City College Avropa Kampusu
tərəfindən Bakıda keçirilən ikili dərəcəli Executive MBA – Biznesin
İdarə edilməsi üzrə magistratura proqramı haqqında məlumat
veriləcəkdir.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun https://app.mlsend.com/a1v6x5p5h8/

Daha ətrəfli məlumat üçün 050 909 37 88

Teqlər: