Bakıda yeni marşrut xətti yaradıldı

Xəbər - Samir Əli – Trend:

Dövlət başçısının Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılmasına dair tapşırığının icrası olaraq 177 nömrə adı altında yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib. Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, yeni marşrut xətti “Pirşağı” dəmiryol satnsiyasını, Kürdəxanı qəsəbəsi, “Ləhic bağları” və Nardaran qəsəbəsindən keçməklə Maştağa qəsəbəsini əlaqələndirəcək.

Yeni xəttinin təşkili sayəsində Nardaran qəsəbəsi, “Ləhic bağları” adlanan ərazidə məskunlaşan əhali müntəzəm marşrutla təmin ediləcək. Bununla da sakinlərin marşrut xətti boyunca yerləşən təhsil müəsisələrinə, iaşə obyektlərinə, habelə yay mövsümü ərzində bağlara, çimərliklərə, istirahət mərkəzlərinə rahat gediş-gəlişi mümkün olacaq.

Yeni xətt üzrə avtobuslar 12.07.2021-ci il tarixindən fəaliyyət göstərəcək.

Teqlər: