Bakıda yaşlı kişi metroda öldü

Xəbər - Samir Əli – Trend:

Bakıda metroda ölüm hadisəsi baş verib.

“Bakı Metropoliteni” QSC-ni Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzerTimes-a açıqlamasında bildiribki, hadisə səhər saat 08:10-da metronun “28 may” stansiyasında baş verib.

“Sərnişin qatarda özünü pis hiss edib. “28 may” stansiyasında o qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib.


Dünyasını dəyişən şəxs yaşlı kişidir”-deyə B. Məmmədov bildirib. .

Teqlər: