Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının
2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin yanar
konstruksiyaları, 2-ci və 3-cü mərtəbələrarası taxta
konstruksiyalar 10 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas
edilib.
Qonşu mənzillər və bina yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.