Bakıda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən
beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə
yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri
çağırış üzrə cəlb olunub.

FHN-dən AzerTimes-a verilən məlumata görə, hazırda yanğının
söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər
həyata keçirilir.


Əlavə məlumat veriləcək.

Teqlər: