Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb – Baş Prokurorluq

17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri,
Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən
üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, hazırda
prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti
orqanların nümayəndələri hadisə yerindədilər.

Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri
istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış
binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen
Abdulabəyova ölüb.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Teqlər: