Bakıda yaşayış binası yanır

Xəbər - Humay Ağacanova – Trend:

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar NazirliyindənAzerTimes-a verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğın yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Teqlər: