Xəbər - Cani Babayeva – Trend:
Bakıda yarışlar həmişə yüksək səviyyədə keçirilir.
Bunu Trend-ə
Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunun
iştirakçısı Belaruslu gimnast Oleq Ryabtsev deyib.
“Bakıda keçirilən yarışlardan həmişə müsbət təəssüratlar alıram.
Təşkilatçılar bütün detallara diqqət yetirirlər, bu, vaxtında gələn
nəqliyyata və turnir proqramına da aiddir. Bizə göstərdikləri
diqqətə və peşəkar işə görə təşkilat komitəsinə təşəkkürümü
bildirirəm”, – deyə gimnast bildirib.
Batut gimnastikasında yeni qaydalar haqqında danışan O.Ryabtsev
qeyd edib ki, bəzi idmançılar üçün bu böyük bonusdur.
“Yarış zamanı psixoloji gərginlik kifayət qədər güclü olur,
təcrübəli və mənəvi cəhətdən güclü insanlar bunun öhdəsindən
gəlirlər. Yeni qaydalara keçidlə, elə güclü gərginlik yoxdur,
ikinci şansın olduğunu bildiyivə görə bir qədər rahat olursan. Ona
görə də psixoloji cəhətdən daha asandır”, – deyə gimnast əlavə
edib.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda
Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi
ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.