Bakıda yarım kiloqram narkotiklə saxlanılan şəxsə 10 il cəza verildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elvin Rəsulovun işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Rəsulov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtıda keçirdiyi əməliyyat zamanı Elvin Rəsulov saxlanılıb. Ondan 500 qrama yaxın heroin və narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri aşkar edilib.

Teqlər: