Bakıda yanğınsöndürən maşın “KAMAZ”la toqquşdu, xəsarət alanlar var

Xəbər - Samir Əli – Trend:

Bakıda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Yanğınsöndürmə avtomobili hərəkətdə olarkən “KAMAZ” markalı yük maşını ilə toqquşub.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AzerTimes-a açıqlamasında bildirib ki, qəza nəticəsində Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə əməkdaşı xəsarət alıb. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib, qalanları ambulator yardım göstərilərək evə buraxılıb.

Teqlər: