Bakıda yanğın: Bu yol bağlandı

Bakıda yanğın: Bu yol bağlandı

Bakının Binəqədi rayonu Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğın səbəbindən prospektin köməkçi yolundan metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətinə yolda məhdudiyyət tətbiq olunub.

Bu barədə AzerTimes-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Sürücülərdən bunu nəzərə almaları xahiş olunur.

Qeyd edək ki, bu gün saat 05:45 radələrində Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın başlayıb.

Teqlər: