Bakıda yanan ev söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən AzerTimes-a bildirilib ki, ilkin məlumata əsasən, yanğın ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m olan ikiotaqlı mənzildə baş verib.

***

17:43


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Teqlər: