Bakıda vətəndaşı döyüb lentə alan “yutuber” həbs edildi

Xəbər - Samir Əli – Trend:

Görüşə çağırdığı izləyicisini döyən və bunu lentə alaraq sosial şəbəkələrdə paylaşan “yutuber” Ruslan Quliyev həbs edilib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev AzerTimes-a açıqlamasında bildirib ki, Bakı şəhər sakini olan Ruslan Quliyev müəyyən edilərək saxlanılıb:
“Onun barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib. Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib”.


Teqlər: