Bakıda “Unibroad” təhsil sərgisi keçirilir (FOTO)

Bakıda “Unibroad”un təşkilatçılığı ilə təhsil sərgisi
keçirilir.

Trend-in məlumatına görə, sərgi iştirakçıları
10-dan artıq dünya səviyyəli universitetdə bakalavr, magistr,
doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar,
təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və
güzəştlər haqqında məlumat almaq imkanı əldə ediblər.

Sərgidə Avstraliya, Kanada, Fransa, Almaniya, İspaniya,
Macarıstan və digər ölkələrin universitetləri iştirak edir.

Sərgi xaricdə təhsil almaq istəyən və ümumiyyətlə xaricdə təhsil
ilə maraqlanan və yaxın gələcəkdə xaricdə təhsil almaq planları
quran şəxslər tərəfindən böyük maraqla qarşılanıb.

Teqlər: