Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 180 m² olan restoranın mətbəxində havalandırma qurğusunda yağ qalıqları yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə əriyib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.