Bakıda Türkiyədəki zəlzələ ilə bağlı anım mərasimi keçirildi

Bakıda Türkiyədəki zəlzələ ilə bağlı anım mərasimi keçirildi

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) mərkəzi ofisində Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirən insanlarla bağlı “Kədəriniz kədərimizdir, Türkiyə” adlı anım mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, əvvəlcə həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları çıxışlarında Türkiyədə baş verən fəlakətin bütün türk dünyasının matəmi olduğunu bildiriblər:

“Qanı bir, canı bir qardaşlarımızın başına gələn müsibət hamımızın ürəyini qanadıb, hər bir azərbaycanlı gücü çatan qədər yardım etməyə çalışır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyəyə yardımla bağlı müvafiq qurumlara göstəriş verib. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri təcili olaraq Türkiyəyə yola düşüblər və hazırda 725 nəfərlik heyət xilasetmə əməliyyatlarında iştirak edir”.

Teqlər: