FHN-nin səhra hospitalı Qəhrəmanmaraşda quraşdırılır

FHN-nin səhra hospitalı Qəhrəmanmaraşda quraşdırılır

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Qəhrəmanmaraş şəhərində quraşdırılmağa başlanılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hazırda konteynerlər TIR-lar vasitəsilə şəhərin Kahramanmaraş Böyükşəhər Bələdiyyəspor klubunun stadionunun ərazisinə gətirilib və burada quraşdırılır.

Hospitalda FHN-in 41 nəfər tibb heyəti fəaliyyət göstərəcək.

Mobil səhra hospitalı fəaliyyətə başladıqdan sonra burada zəlzələdən əziyyət çəkən insanlara yardım göstəriləcək.

Teqlər: