Bakıda toya gələrəkən qəzaya düşənlərin vəziyyəti açıqlanıb

Bakı-Ələt yolunun 54-cü km-də baş verən avtomobil qəzası
nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

AzerTimes-ın
məlumatına görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub.

Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək
evə buraxılıb.

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması
nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən
qəzaya düşüblər.

Teqlər: