Bakıda toy karvanında dava düşdü – Video

Bakıda toy karvanında dava düşdü – Video

Bakıda toy karvanında dava düşüb.

AzerTimes-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, Neftçilər prospektində iki “Niva” markalı avtomobilin sürücüsü yolda “Prius” markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Avtomobillərdən birinin sürücüsü hərəkətin əksinə dayanaraq digər nəqliyyat vasitələrinin gedişinə maneə yaradıb.

Mövzuya münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, yayılan görüntülər nəzarətə götürülüb və sürücülərin aşkarlanaraq inzibati qaydada məsuliyyətə cəlb edilmələri istiqamətində axtarış aparılır.

Qeyd edək ki, baş verən bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 100 manat və 4 balla nizamlanır.

Teqlər: