Bakıda tikinti şirkəti 3600 manatlıq ağacları kəsib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu,
Abbas Fətullayev küçəsində ağacların kəsilməsi faktı aşkar
edilib.

Trend xəbər verir ki,Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib
ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri
aparan “Liman FFD” MMC tərəfindən kəsildiyi və təbiətə 3600 manat
məbləğində ziyan dəydiyi müəyyən olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış
sənədlər Baş Prokurorluğa göndərilib”.

Teqlər: