Bakıda tikinti materialları anbarı yanır

Bakıda mağaza və anbar yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, “112”
qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan
qəsəbəsində tikinti materialları satışı mağazası və anbarında
yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi
ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Teqlər: