Bu ilin ilk 4 ayında Bakı üzrə ticarət dövriyyəsinin həcmi
2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 % artaraq
7961,7 mln. manat olub.
Bakı Statistika İdarəsindən Trend-ə verilən məlumata görə, ticarət
şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün
məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
2,1% artaraq 4 252 mln.manata, qeyri-ərzaq məhsullarının həcmi isə
9,7% artaraq 3 709,7 mln. manata bərabər olub.
Məlumata görə, istehlak məhsullarının 37,7%-i hüquqi şəxs
statuslu müəssisələrdə, 35,4%-i fərdi sahibkarlara məxsus ticarət
obyektlərində, 26,9%-i isə paytaxtın məhsul bazarlarında
satılıb.