Bakıda terror xəbərdarlığı: 12 martda, bu yerlərdə – Şok

Bakıda terror xəbərdarlığı: 12 martda, bu yerlərdə – Şok

Sosial şəbəkələrdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Халифат Азeрбайджан” Teleqram kanalında yayılan paylaşımlar valideynlər arasında təşviş yaradıb.

Paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.

Belə ki, həmin qrup sözügedən platformadan ismarışlar ötürərək, Bakının bəzi məktəblərinə basqın edəcəklərini, şagirdləri öldürəcəklərini bildiriblər. Paylaşımda məktəblərin adı da çəkilib. Eyni zamanda, mollara da basqın ediləcəyi vurğulanıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, DİN məsələdən məlumatlıdır, dərhal araşdırmalara başlanılıb.

Teqlər: