Bakıda TEKNOFEST beynəlxalq festivalında dəniz səthinin neftlə çirklənməsinin aşkar edilməsi üzrə layihə təqdim olunacaq (VİDEO)

Xəbər - Trend

TEKNOFEST
Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində
azərbaycanlı tələbələr Xəzər dənizinin akvatoriyasında suyun neftlə
çirklənməsinin müəyyən edilməsi, həmçinin, neft sızmalarının aşkar
olunmasına yönəlmiş layihə təqdim edəcək.

Bunu Trend
TEKNOFEST-in
iştirakçısı olan “Feniks” komandasının üzvü Həsən Hüseynov
deyib.

Onun sözlərinə görə, layihənin konsepsiyası müəyyən su sahəsinin
neftlə çirklənməsi dərəcəsinin ölçülməsi imkanını nəzərdə
tutur.

“Bu tapşırıqların icra olunması üçün biz termal və spektral
kameralarla təchiz olunmuş pilotsuz uçuş aparatı modelimizi
yaratmışıq. Onlar çirklənmiş ərazilərin koordinatlarını real vaxt
rejimində müvafiq serverə ötürəcək. Gəcələkdə biz bu layihə ilə
Azərbaycan Dövlət Neft Şirkəti, eləcə də digər aidiyyəti qurumlarla
əməkdaşlıq qurmağı planlaşdırırıq”, – H.Hüseynov deyib.

“Feniks” komandasının digər üzvü Əli Hüseynzadə öz növbəsində
deyib ki, komanda TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya
festivalında təkcə yarış məqsədilə deyil, həm də bu cür miqyaslı
layihədə böyük təcrübə qazanmaq üçün iştirak edir.

“Biz qarşıya qoyulan tapşırıqları yerinə yetirə biləcək təkmil
və peşəkar alət hazırlamaq və bununla daxili və xarici bazarlara
çıxmaq istəyirik”, – deyə o bildirib.

Komandada əmindirlər ki, TEKNOFEST beynəlxalq aviasiya, kosmos və texnologiya
festivalının yekununda ilk üçlükdə yer ala biləcəklər.

“Biz bu müsabiqədə birinci yer tutmağı hədəfləyirik. Alacağımız
qrant vəsaitlərini isə layihəmizin inkişafına yönəltməyi
planlaşdırırıq. Biz öz məhsulumuza tələbat görürük və əminik ki,
layihə uğurla reallaşdırılacaq”, – H.Hüseynov deyib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest
tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və
“Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın
rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə
təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali
məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən
hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend
İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.