Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros birinciliyi keçirilib (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı
planına uyğun olaraq hərbi qulluqçular arasında hərbiləşdirilmiş
kros birinciliyi keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, müxtəlif qoşun növlərini təmsil edən 9
komanda birincilik uğrunda mübarizə aparıb.

Hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə
kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

Komanda hesabında 1-ci yerdə “Quru Qoşunları” komandası, 2-ci
yerdə “Hərbi polis” komandası, 3-cü yerdə isə “Təlim və Tədris
Mərkəzi” komandası qərarlaşıb.
Fərdi hesabda 1-ci yerə gizir Tural Məmmədov, 2-ci yerə müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Emil
Mürşüdov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu əsgər Rasif Məhərrəmov layiq görülüb.

Yarışın yekununda qaliblər diplom, kubok və medallarla
mükafatlandırılıblar.

Teqlər: