Bakıda tamblinq və ikili mini-batut üzrə proqramda qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 35-ci dünya çempionatının qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, qadınlar arasında tamblinq üzrə proqramda fəxri kürsünün birinci pilləsini Böyük Britaniyadan olan gimnast Meqan Kili, ikinci yeri Lüsi Tumoin (Fransa), üçüncü yeri Tahina Peters (Belçika) tutub.

Kişilər arasında ikili mini batut üzrə proqramda Vasili Makarski (Rusiya) qızıl, Dioqo Kabral (Portuqaliya) gümüş, Ruben Padilya (ABŞ) bürünc medal qazanıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Teqlər: