Bakıda taksi qiymətləri kəskin bahalaşdı

Bakıda taksi qiymətləri kəskin bahalaşdı

Bakıda fəaliyyət göstərən takşi şirkətləri qiymətləri kəskin bahalaşdırıb.

AzerTimes xəbər verir ki, artıq iki gündür müxtəlif taksi şirkətləri eyni məsafə üçün gediş haqqını 30-50% artırıb.

Taksi şirkətlərindən saytımıza bildirilib ki, bahalaşma bayramqabağı tələbatın artması ilə bağlıdır. Ənənəvi olaraq bayram ərəfəsində qiymətlər artırılır.

Qiymətlərin yeni ilin ilk günlərində normallaşacağı gözlənilir.

Teqlər: