Bakıda taksi 5 yaşlı qızı vurub öldürdü

Bakıda taksi 5 yaşlı qızı vurub öldürdü

Sabunçu rayonunda ölümlə nəticələnən qəza baş verib.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Tərxan Elşən oğlu Qocayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolun hərəkət istiqamətinə qaçmış 5 yaşlı Nurcan Hümbət qızı İsmayılovanı vurub. Nəticədə N.İsmayılova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Teqlər: