Bakıda sürücü “moyka”nın qarşısında qəfil öldü – Video

Bakıda sürücü “moyka”nın qarşısında qəfil öldü – Video

Bakıda avtoyuma məntəqəsinin qarşısında sürücü qəfil vəfat edib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib.

Şirvan şəhər sakini İmaş Əliyev “Hunday Aksent” markalı avtomobilini yuduzdurduqdan sonra kənara çəkib və maşının arxa qapısını açmaq istəyərkən qəfil yıxılıb. O, hadisə yerində vəfat edib.

İlkin məlumata görə, sürücü ürək çatışmazlığından həyatını itirib.

Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Teqlər: