Bakıda sürət yarışı keçirənlər saxlanıldı – Video

Bakıda sürət yarışı keçirənlər saxlanıldı – Video

Bakının Suraxanı rayonunda sürət yarışı keçirən sürücülər saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, “Mersedes” markalı, 77 YG 294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mehdi Tahir oğlu Kərimov və “Mersedes” markalı, 11 BH 180 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Sadiq Famil oğlu Abbasov avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücülər barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən sürücü M.Kərimovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min manat, S.Abbasovun isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla iki min beş yüz manat məbləğində cərimə olunublar.

Teqlər: