Bakıda suötürücü qurğunun dəmir barmaqlıqlarını oğurlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)

Paytaxtın Binəqədi və Bakı şəhərinin müxtəlif rayonlarında
avtomobil yollarında quraşdırılan suötürücü avadanlıqların dəmir
barmaqlıqları naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Binəqədi
Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının
həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin
hadisələri törətməkdə şübhəli bilinən Təvəkkül Nuriyev və Seymur
Əhmədov saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin paytaxt
ərazisindəki yollarda 26 su ötürücü qurğusunun dəmir barmaqlığını
oğurladıqları müəyyən edilib. Saxlanılan zaman onlardan şəxsi
istifadələri üçün əldə etdikləri narkotik vasitələr də aşkar
edilib.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət İşi
başlanılıb. Təvəkkül Nuriyev və Seymur Əhmədov barəsində məhkəmənin
qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Teqlər: