Bakıda sudan qanunsuz istifadə halları aşkarlanıb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun
olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə
tədbirlər davam etdirilir. “Azərsu” ASC tərəfindən yaradılmış
xüsusi qrupların araşdırmaları nəticəsində Binəqədi rayonunda sudan
uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

ASC-dən AzerTimes-a bildirilib ki, “Baksol” adlandırılan ərazidə
yerləşən mebel sexində içməli sudan qanunsuz istifadə halı aşkar
olunub. Araşdırma zamanı məlum olub ki, obyekt sahibi yaxınlıqdan
keçən xəttə qanunsuz qoşulma verərək sudan istifadə edir. Əvvəllər
sudan qeyri-qanuni istifadəyə görə akt yazılaraq dəymiş ziyan
hesablansa da, obyekt sahibi təkrar qoşulma etməklə qanunazidd
əməllərini davam etdirib.

Binəqədi kəndi ərazisində yerləşən fermer təsərrüfatında da ilk
baxışdan hər şeyin qaydasında olduğu görünür. Lakin sahibkarın
müqaviləsi və sayğacı olsa da, sudan daha çox qanunsuz çəkilmiş
xətt vasitəsilə istifadə etdiyi aşkarlanıb.

Nəzarət tədbirləri çərçivəsində Binəqədi qəsəbəsinin “Mərkəz”
adlandırılan ərazisində fəaliyyət göstərən ət mağazasında da sudan
qanunsuz istifadə edilməsinin qarşısı alınıb.
Binəqədi qəsəbəsinin 1-ci mədən, 8-ci korpus ərazisində fərdi
yaşayış evlərinin birində sudan sayğacdankənar istifadə aşkarlanıb.
Məlum olub ki, abonent sayğacdan kənar qeyri-qanuni xətt çəkərək
sudan uçotsuz etməklə yanaşı, qanunsuz xətdən qonşuluqdakı evlərə
də su verir.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına
çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan istifadə
qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə
dəymiş ziyan hesablanıb.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır
ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının
azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla
istifadə edilməsi yolverilməzdir. Belə qanunazidd halların
qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına
çəkilmiş xətlər ləğv ediləcək, belə halları təkrar törədənlərlə
bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2022-ci ilin birinci rübündə içməli sudsn qanunsuz
istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2093, Binəqədi rayonun üzrə
isə 494 fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 566 min və
120 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin
yanvar-mart aylarında sudan qanunsuz istifadə ilə bağlı 60 fakt
araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Teqlər: