Bakıda su borusu partladı – Video

Bakıda su borusu partladı – Video

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su borusu partlayıb.

AzerTimes-ın məlumatına görə, “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qəsəbənin D massivində Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən həmin xəttə suyun verilişi dayandırılıb.

Əraziyə qəza-bərpa briqadası cəlb olunub.

Hazırda təmir işləri aparılır.

Teqlər: