Bakıda söyüşə görə qətl törədən 21 yaşlı gəncə ağır cəza verildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə və xuliqanlıqda ittiham olunan 2000-ci il təvəllüdlü Həsənağa Abdullayev və 2003-cü il təvəllüdlü Elvin Şəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Həsənağa Şəmmədov adam öldürmə maddəsi ilə 16 il, Elvin Məmmədov isə xuliqanlıq maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə Yasamal rayonu ərazisində baş verib.


Rəsmi məlumata görə Əliyev Əli Calal oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Yasamal rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, həmin tarixdə Həsənağa Abdullayev dostu Elvin Şəmmədov ilə birlikdə daha əvvəl aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Alı Nuriyev və dostları – Əli Əliyev, Elvin Kərimov, Babək Məşədiyev və Eltac Rəsulov ilə Yasamal rayonu, 2-ci Alatava ərazisində görüşüblər. Bu zaman Həsənağa Abdullayev cüzi mübahisəni bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Əli Əliyevə xəsarətlər yetirərək qəsdən öldürüb, Elvin Şəmmədov isə hadisə yerindən götürdüyü müxtəlif ölçülü daşlarla münaqişədə iştirak edənlərə hücum edərək onlara fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Həsənağa Abdullayev Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə), 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Elvin Şəmmədov isə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: