Bakıda sexdə yanğının söndürülməsinə iki helkopter cəlb olunub (VİDEO)

Bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu
ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas
istehsalı sexində yanğın baş verməsi barədə Fövqəladə Hallar
Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və
dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hazırda Aviasiya
dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə
Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam
etdirir.

Əlavə məlumat veriləcək.

Teqlər: