Bakıda sevilən Corc Dik ermənidir?

Bakıda sevilən Corc Dik ermənidir?

İsrailin Azərbaycandakı səfiri Corc Dik erməni əsillidir.

AzerTimes xəbər verir ki, bu barədə yazan erməni mediası onu hətta “etnik erməni”, “erməni qanı daşıyan” (?) şəxs adlandırıb.

Maraqlıdır ki, İsrailin ölkəmizdəki səfirinin Vikipediya açıq ensiklopediyasındakı tərcümeyi-halında atasının nənəsinin erməni olduğu xüsusi qeyd edilib. Səfir özü bildirib ki, atasının nənəsi “Türkiyədəki faciədən” (1915-ci il hadisələri) sağ çıxanlardandır: “Atamın nənəsinin adı Antaran Hambaryan idi. O, erməni idi və faciədə sağ qalanlar arasında olub”.

Atasının nənəsinin erməni olması Corc Dikin erməni qanı daşıması anlamına gəlməsə də, maraqlı məqam da var: səfirin ingiliscə tərcümeyi-halına ata-anası və baba-nənəsi haqda xüsusi qeydlər yoxdur, amma “atasının nənəsi” haqda vurğu edilib. Hətta səfirin dilindən olmasa da, açıq ensiklopediyada 1915-ci il hadisələri “genosid” deyə xatırladılıb.

Dikin əsas ailə üzvləri barədə yox, məhz erməni ulu nənəsi barədə məlumatı bölüşməsi təəccüb yaradır. Cənab Dik atasının nənəsinin erməni olduğuna niyə bu qədər vurğu etməlidir? Üstəlik, açıq ensiklopediyada “genosid” ifadəsini niyə indiyədək redaktə etməyib?

Corc Dik İsrailin “əsas pasportu” olan musəvi dinini də qəbul etməyib. O, xristiandır. Hətta ermənilər də İsrailin Azərbaycana “erməni əsilli” diplomatı səfir təyin etməsinə təəccüblənirlər.

Yeri gəlmişkən, Dik Azərbaycana səfir təyin olunan xarici diplomatlar arasında ən çox gündəmdə olan və ictimai rəğbət görən səfirlərdəndir. Bəs onun Vikipediyada redaktə etmək istəmədiyi “erməni soyqırımı” və erməni ulu nənəsi barədə qeydinin səbəbi nədir?

Kiçik bir xatırlatma edək ki, Corc Dikin vətəndaşı olduğu və təmsil etdiyi İsrail qondarma “erməni soyqırımı”nı tanımır və Azərbaycanla bütün sahələr üzrə əməkdaşlığa xüsusi önəm verir.

Bu barədə Corc Dikə redaksiya tərəfindən sorğu ünvanlanıb.

Teqlər: