Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, 90 MJ 279 DQN-lı sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Avtobus “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş.

Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramov bildirib ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Teqlər: