Bakıda sərnişin avtobusu aşdı: xəsarət alanlar var

Bakıda sərnişin avtobusu aşdı: xəsarət alanlar var

Qaradağ rayonunda, Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: