Bakıda sərnişin avtobus sürücüsünə xəsarət yetirdi

Bakıda sərnişin avtobus sürücüsünə xəsarət yetirdi

Bakıda 204 nömrəli sərnişin avtobusuna dayanacaqdan kənarda minmək istəyən şəxs buna imkan yaratmadığı üçün sürücüyə xəsarət yetirib.

Bu barədə AzerTimes-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, hadisə ötən gün saat 20:14-də “Kənan-2000” MMC-nin istismarında olan müntəzəm marşrut xətti üzrə avtobusda baş verib. Belə ki, sürücü Yaqub İbadovun idarə etdiyi 90VF933 dövlət qeydiyyat nömrəli avtobus “Koroğlu” metrostansiyasından Ramana qəsəbəsi istiqamətində hərəkət edərkən 78 saylı məktəbin qarşısında 2 kişi və 1 qadın dayanacaqdan kənar avtobusa minmək istiyib. Amma sürücü avtobusu təyin olunmuş dayanacaqda saxlayıb. Vətəndaşlar sonradan avtobusa minərək dayanacaqdan kənar saxlamadığı üçün sürücü ilə mübahisə edib. Sonda şəxslərdən biri sürücüyə fiziki güc tətbiq edərək ona xəsarət yetirib.

Daşıyı hadisə barədə polisə müraciət edib və araşdırma aparılır.

Teqlər: