Bu gün Bakıda Azərbaycanda səfərdə olan hindistanlı yoqin
Sadhqurunun (Caggi Vasudev) təşəbbüsü ilə “Torpağı Xilas edək”
(Save Soil) qlobal hərəkatına həsr olunmuş tədbir keçirilib.
Trend xəbər
verir ki, tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri
Bavitlunq Vanlalvavna bildirib ki, “Torpağı Xilas edək” hərəkatı
Hindistanın mədəni dəyərlərini təmsil edən qlobal Sadhquru
hərəkatıdır.
Onun sözlərinə görə, Hindistan Yer kürəsini daha da davamlı
etmək üçün tədbirlər görməyə sadiqdir.
“Ümid edirəm ki, Sadhqurunun Bakıya səfəri belə bir qlobal
problemi anlamağa kömək edəcək, həmçinin Azərbaycan və Hindistan
xalqları arasında dostluq münasibətlərini möhkəmləndirəcək”, –
səfir bildirib.
Səfir ümidvar olduğunu bildirib ki, insanlar Yer kürəmizin
xilası üçün birgə tədbirlərin görülməsinin zəruriliyinə əmin
olacaqlar.
Sadhquru özü qonaqlara mühazirə oxudu və ətraf mühitin qorunması
üçün dünyanın hər yerindən insanları birləşdirmək təşəbbüsündən,
becərilən torpaqda üzvi maddələrin tərkibinin artırılmasına
yönəlmiş milli siyasət və tədbirlərin işlənib hazırlanmasında bütün
ölkələrin liderlərini dəstəyindən danışdı.