Bakıda şadlıq saraylarında qiymət artımı qeydə alınıb – Monitorinq

Bakıda şadlıq saraylarında qiymət artımları qeydə alınıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) AzerTimes-a verilən məlumata
görə, toyların keçirilməsi qaydaları ilə bağlı qadağanın
yumşaldılmasından sonra qiymət və keyfiyyət üzrə monitorinq
aparılıb.

Montironqinə görə, qaydalar yumşalandan sonrakı dövrdə
menyuların qiyməti orta hesabla 7 faizədək bahalaşıb. 40 manatadək
olan menyularda qiymət artımlar 5 faiz, 40-80 manat arasındakı
menyularda 7 faiz, 80 manatdan yüksək qiymət təklif edilən
menyualarda isə artım 9 faiz olub.

Teqlər: