İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması
nəticəsində iki nəfər ağır xəsarət alıb. Hər iki şəxs təcili tibbi
yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Bunu Trend-ə Mərkəzin Mətbuat xidmətinin rəhbəri
Elnur Hidayətoğlu bildirib.
1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində
çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu
sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya
yerləşdirilib.