Bakıda restoranda dava, polislər bıçaqlandı? – DİN-dən açıqlama

Bakıda restoranda dava, polislər bıçaqlandı? – DİN-dən açıqlama

Sosial şəbəkələrdə Bakıda yerləşən “Qəbələ” restoranında kütləvi dava olması və guya polsilərin bıçaq xəsarəti alması barədə yayılan məlumatların heç bir əsası yoxdur.

Bu sözləri AzerTimes-a açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, sosial şəbəkədə yayılan fakt dərhal yoxlanılıb:

“İddialar təsdiqlənməyib. “Qəbələ” və yaxud Bakıda yerləşən hər hansı restoranda kütləvi dava olmayıb. Sosial şəbəkə istifadəçilərinə bu kimi yalan xəbərlərin yayılmasının məsuliyyət yaratdığını bir daha xatırladırıq”.

Teqlər: