Bakıda qazi adı ilə dilənçilik edən şəxs ifşa olundu

Paytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə, əlil
arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa
edilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və
daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar
yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi
olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.

Teqlər: