Bakıda “Qardaşlıq dastanı” adlı konsert keçiriləcək

Bakıda “Qardaşlıq dastanı” adlı konsert keçiriləcək

Bakı Konqres Mərkəzində möhtəşəm rəqsləri, göstərdiyi əsrarəngiz şoularla Türkiyədə və dünyada tanınmış “Alagöz” rəqs ansamblının və Azərbaycanın xalq artisti Aygün Kazımovanın təqdim etdiyi “Qardaşlıq dastan”ı adlı möhtəşəm konsert və şou-proqram keçiriləcək.

AzerTimes xəbər verir ki, konsert mayın 9-da baş tutacaq.

Qeyd edək ki, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını nümayiş etdirəcək, “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilir.

Teqlər: