Bakıda qanunsuz ağac kəsilməsi faktı müəyyən edilib

Ağacların kəsilməsi faktı araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
keçirilən nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Maqsud
Əlizadə və Səməd Vurğun küçələrinin kəsişməsində ağacların
kəsilməsi faktı müəyyən edilib.

Xidmət rəsmisi Vaqif Cavadov AzerTimes-a bildirib ki, ağacların kim
tərəfindən kəsildiyinin müəyyən olunması və barəsində qanunamüvafiq
tədbirlər görülməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə
orqanlarına göndərilməsi üçün hazırlanır.

Teqlər: