Bakıda “Qalendevagen”lə şirkət maşını toqquşdu – Foto

Bakıda “Qalendevagen”lə şirkət maşını toqquşdu – Foto

Bakının Yasamal rayonunda avtonəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, yolun əks istiqamətindən qarşı-qarşıya gələn “Qalendevagen” markalı avtomobillə SAB şirkətinə məxsus “Ford” markalı mikroavtobus toqquşub.

Hadisədən dərhal sonra “Qalendevagen” markalı avtomobilin sürücüsü dövlət nömrə nişanını gizlətməyi də unutmayıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobillərə ciddi ziyan dəyib. Bundan başqa, yol kənarında dayanan başqa bir mikroavtobus da qismən zədələnib.

Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib.

Teqlər: