Bakıda qadının “Rənc Rover”i oğurlandı

Bakıda qadının “Rənc Rover”i oğurlandı

Bakıda qadına məxsus bahalı avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Avqustun 20-də bir qadına məxsus “Rənc Rover” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb.

Teqlər: