Bakıda qadın sahibkarlar üçün “THE MAY FAIR by İZ” yarmarkası işə başlayıb (FOTO)

Bakıda “THE MAY FAIR by İZ” – Azərbaycanın qadın sahibkarlarının
müəllif məhsullarının yarmarkası işə başlayıb.

“İZ – İnamlı və Zərif” qadınlar icmasının rəhbəri Rəna Nəcəfzadə
AzerTimes-a bildirib ki, yarmarkada 100-dən çox qadın sahibkar iştirak
edir.

“Biz öz missiyamızı Azərbaycan qadınlarına bizneslərinin
inkişafına kömək etməkdə görürük. Cəmiyyətimiz onlara özlərinə
inanmağa və faydalı əlaqələr qurmağa kömək edir. Ona görə də hər
bir tədbirimizin təşkili və keçirilməsi üçün bütün gücümüzü sərf
edirik”, – deyə RşNəcəfzadə bildirib.

Yarmarkada əl işi məhsulları, o cümlədən kuklalar, oyuncaqlar,
bijuteriya, sabunlar, şamlar, məişət əşyaları, talismanlar,
amuletlər və s. təqdim olunub.

Qeyd edək ki, bu, “İZ – İnamlı və Zərif” qadın icmasının təşkil
etdiyi sayca dördüncü yarmarkadır.

Azərbaycanda qadın sahibkarların məhsullarının ən böyük “THE MAY
FAIR by İZ” adlı yarmarkası İqtisadiyyat Nazirliyi yanında Kiçik və
Orta Biznesin İnkişafı Agentliyi və Kiçik və Orta Biznes
Subyektləri və Klubları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Teqlər: