Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım mərasimi keçirilib (FOTO)

Mayın 8-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli
Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə anım tədbiri
keçirilib.

Nüdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, Nazirliyin bir qrup
zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət
nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları
onun məzarını ziyarət edib, önünə əklil və gül dəstələri
qoyublar.

Anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və
torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər qəhrəmanımızın şərəfli həyat yolundan, vətənpərvər
zabit kimi Vətənə qüsursuz xidmətindən, şücaət və igidliyindən
danışıblar.

Milli Qəhrəmanın ailə üzvləri göstərilən diqqət və qayğıya,
eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə
Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin
rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Teqlər: